Mane bu mükafatı qazandı
17.10.2022 , 23:26

“Bavariya”nın futbolçusu Sadio Mane “Sokrates” mükafatını qazanıb.
Korner.az xəbər verir ki, seneqallı hücumçu sosial təşəbbüslərinə görə fərqlənən oyunçulara verilən mükafatın sahibi olub.
Sokrates Braziliya yığmasının sabiq üzvü olub və 2011-ci ildə vəfat edib. O, ölkəsində hərbi rejimə qarşı fəal mübarizə apardığına görə adına mükafat təsis edilib.
