Mane “Əl-Nəsr”ə keçir
28.07.2023 , 14:47

“Bavariya”nın futbolçusu Sadio Mane karyerasını Səudiyyə Ərəbistanı klubunda davam etdirəcək.
Korner.az xəbər verir ki, seneqallı hücumçu “Əl-Nəsr” ilə razılığa gəlib.
Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Ərəb klubu Mane üçün “Bavariya”ya 37 milyon avro ödəyəcək.
