İtaliyanın “Yuventus” klubu Mario Mandzukiçlə müqavilə təzələyib.
Korner.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı xəbər yayıb.
Xorvat futbolçuyla müqavilənin müddəti 2020-ci ilə qədər uzadılıb.
Xatırladaq ki, 2015-ci ildə “Atletiko”dan (Madrid) Turin təmsilçisinə transfer olan hücumçu bu mövsüm bütün turnirlər daxil olmaqla 48 oyunda iştirak edib və 10 qol vurub.
