Mandzukiç Qətər klubundan ayrıldı
06.07.2020 , 17:50

Xorvatiya yığmasının sabiq üzvü Mario Mandzukiç Qətərin “Əl-Duhail” klubundan ayrılıb.
Korner.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. 34 yaşlı hücumçu klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etdiyini bildirib.
Mandzukiç 2019-cu ilin yayında “Yuventus”dan ayrılaraq, Qətər klubuna keçmişdi.
