Mancukiç “Yuventus”dan gedir?
14.09.2019 , 16:59

Mario Mancukiç “Yuventus”dan ayrılmaq istəyir.
Korner.az xəbər verir ki, bir müddət əvvəl adı açıqlanmayan Qətər klubunun təklifini geri çevirən 33 yaşlı hücumçu fikrindən daşınıb.
Hazırda Turin təmsilçisində ehtiyatda qalan forvard Yaxın Şərqə yollanmağın əleyhinə deyil.
Qeyd edək ki, Mancukiç 2015-ci ildən “Yuventus”da çıxış edir.
