“Bolonya”nın sahibləri – amerikalı biznesmen Co Takopina və kanadalı Coui Saputo İtaliya klubuna böyük sərmayə yatırmaq fikrindədirlər.
Korner.az-ın məlumatına görə, bu iki şəxs həm də MLS-də çıxış edən “Monreal İmpekt” futbol klubunun sahibidirlər.
Yeni sahiblər Roberto Mançinini dəvət edərək ona 5 illik müqavilə təklif etmək niyyətindədirlər. Bundan əlavə transferlərə də 100 milyon avro vəd ediləcək.
