UEFA Avropa Liqasının qrup mərhələsində son matçını Bakıda “Qarabağ”a qarşı keçirəcək “İnter” gözlənilən addımı atdı. Artıq Milan klubunun ölkəmizə gətirəcəyi heyət məlumdur.
Korner.az-ın məlumatına görə, komandanın baş məşqçisi Roberto Mançini 7 əsas heyət futbolçusunu iştirak ərizəsinə daxil etməyib. Bunlar Samir Handanoviç, Juan Jesuş, Hernanes, Ranokkia, Quarin, Kovaçiç, İkardi və Rodriqo Palasiodur. Əvəzində “nerazzuri” ehtiyatda əyləşən futbolçulara oynamaq şnası yaradacaq. “İnter”in aşağıdakı oyunçularla Bakıya təşrif buyuracaq:
Qapıçılar: Karrizo, Berni, Kosta
Müdafiəçilər: Andreolli, Kampanyaro, Vidiç, Mbaye, D`Ambrosio, Donkor, Yao, Ssiakka, Dimarko
Yarımmüdafiəçilər: Obi, Krhin, M`Vila, Palases
Hücumçular: Osvaldo, Bonazolli, Baldini
