Turin səfərindən geri dönən "Qalatasaray" komandasında uçuş zamanı maraqlı hadisə yaşanıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mançini özü üçün ayrılmış "biznes klass"da oturmaqdan imtina edib.
O futbolçuları il birgə əyləşməyə üstünlük verib. Bu komandanın futbolçularının marağına səbəb olub, çünki məşqçilər heyəti həmişə öndə əyləşiblər. İtalyan çalışdırıcının bu hərəkəti həm futbolçuların həm da "sarı qırmızılı" idarəçilərin təqdirini toplayıb.