“Qalatasaray”ın baş məşqçisi Mançini oyundan sonra soyunub-geyinmə otağında Droqbaya əsəbiləşib.
Korner.az-ın məlumatına görə, o, fildişili futbolçuya bu sözləri deyib: “Komandada ən təcrübəli futbolçu sənsən. Penaltini niyə sən vurmadın?”
Bu sözlər qarşısında çaşqın qalan Droqba komandanın penaltiçisinin Melo olduğunu deməklə kifayətlənib.
