"Qalatasaray" ÇL-in B qrupunda bu gün öz meydanında "Yuventus"a qalib gələrək növbəti mərhələyə yüksəldi.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mançini qələbəni belə şərh edib:
"Çətin oyun oldu. Rəqib dünyanın ən güclülərindəndi, ancaq biz bu gün çox gözəl oynadıq. Bu qələbədə azarkeşlərimizin payı böyükdü. Çətin şəraitdə bizi 90 dəqiqə durmadan dəstəklədilər. Bu qələbəni onlara həsr edirik"
