“Qalatasaray”ın gənc ulduzu Armindo Bruma maraqlı açıqlama verib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, istedadlı portuqal bu fikirləri səsləndirib:
“Mançini mənim istedadlı olduğumu və gələcəkdə dünyanın ən yaşılarından olacağımı deyir. Bunun üçün çalışmalı olduğumu da deyir, Mən də əlimdən gələni edirəm”.
Futbolçu həmçinin zarafatla qeyd edib ki: “Dünyanın ən yaxşılarından olmalıyam, yoxsa Mançini məni öldürəcək”.
