“Qalatasaray” futbol klubunun baş məşqçisi Roberto Mançini Türkiyəni tərk edəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Korner.az-ın məlumatına görə, italiyalı mütəxəssis transfer xəbərlərini rədd edib.
Xatırladaq ki, bundan öncə İngiltərə və İtaliya mətbuatı Mançininin ölkəsinə və ya İngiltərəyə dönə biləcəyini yazmışdılar. Ona hətta “Mançester Yunayted” və “İnter”dən təklif gəldiyi də iddia olunurdu. İtaliyalı baş məşqçi “Qalatasaray” rəhbərliyi ilə görüşündə bu iddialardan heyrətə gəldiyini bildirib: “Mən vəzifəmi yerinə yetirməkdə davam edirəm. “İnter”lə danışıqlar apardığım yalandır. İtaliya yığması ilə bağlı da eyni iddialar yayılıb. Mən açıq danışıram. “Qalatasaray”la müqaviləm davam edir”.
