“Real”a (Madrid) məğlubiyyətdə “Mançester Siti”nin baş məşqçisi Roberto Mançini günahı özündə gördüyünü bildirib.
Korner.az– ın məlumatına görə, italiyalı mütəxəssis fikirlərini belə ifadə edib:
"Co Hart ilk hissədə möhtəşəm oynadı. Məğlubiyyətə baxmayaraq, Hartı qınamaq düzgün deyil. Çünki bu komandanı mən çalışdırıram. Məğlubiyyətdə yeganə günahkar mənəm. Ancaq üzülməyə dəyməz. Qarşıda daha 5 oyunumuz var.
Məncə, digər komandalar da Madriddə xal itirəcəklər. Biz artıq "Borussiya" (Dortmund) ilə oyun haqda düşünürük. Bu oyun da çətin keçəcək. Artıq bu görüşdə mütləq qələbə qazanmalıyıq".
Qeyd edək ki, "Mançester Siti" növbəti görüşünü oktyabrın 3-də, evdə "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcək.
