“Qalatasaray”da üst-üstə alınan uğursuz nəticələrdən sonra Mançini istənməyən adam vəziyyətinə düşüb.
Korner.az-ın “maraton”a istinadən verdiyi məlumata görə, “Cim Bom” rəhbərliyi artıq gizli şəkildə sabiq çalışdırıcısı Mirçea Luçeskuyla danışıqlara başlayıb.
Qeyd edək ki, təcrübəli mütəxəssis hazırda Donetskin “Şaxtyor” klubunu çalışdırır.
