Mançini müdafiənin solundakı problemi həll etmək üçün “Fənərbağça”lı ulduz futbolçunu heyətinə qatmaq istəyir.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, italyan mütəxəssis Hasan Ali Kaldırımı komandasında görmək istəyir.
Lakin “Cim Bom” rəhbərliyi “sarı lacivərdlər”lə soyuq münasibətlərə görə bu transferdə istəkli deyil.
