Türkiyə Superliqasının sonuncu turu çərçivəsində evdə “Akhisar Bələdiyyəspor”la qarşılaşan “Qalatasaray” rəqibini 6:1 hesabı ilə darmadağın etdi.
Korner.az-ın məlumatına görə. oyundan sonra “sarı-qırmızılı” klubun baş məşqçisi Roberto Mançini maraqlı açıqlamalar verib.
Xüsusilə komandanın ulduz futbolçusu Didye Droqba ilə aralarında soyuqluq yaranması ilə bağlı verilən suala təcrübəli mütəxəssis belə cavab verib:
“Əgər Droqba bu qədər qol vurmağa davam edərsə, ona 1 həftə də istirahət verərəm. Bundan əlavə, Droqba artıq 36 yaşındadı, gənc deyil”.
Mançini bu həftə Droqbaya 3 günlük istirahət vermişdi.
