“Latsio”nun hücumameyilli yarımmüdafiəçisi Felipe Anderson “Mançester Yunayted”in maraq dairəsindədi.
Korner.az-ın məlumatına görə, bu xəbəri “La Repubblica” nəşri yazıb.
İngiltərə təmsilçisi 22 yaşlı futbolçunu “Real”ın yarımmüdafiəçisi Xames Rodriqesə alternativ görür.
Yayda Mançester klubu Xamesin transferi üçün Florentino Peresə təklif göndərəcək və rədd cavabı olacağı halda “Mançester Yunayted” “Latsio”ya 45 milyon avroluq təklif göndərəcək.
