“Arsenal” “Mançester Yunayted”lə bu həftə qarşılaşacağı oyun öncəsi bir itki daha yaşayıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Borussiya Dortmund”la Çempionlar Liqasında oynanılan matç zamanı Olivye Jiru zədələnib.
Zədə ciddi olmasa da, onun bu tur meydana çıxmayacağı məlum olub.
Digər tərəfdən “Arsenal”ın iki futbolçusu Cek Uilşir və Teo Uolkott hələ də zədəlidir.
