“Mançester Yunayted”in zədəlisi sıraya döndü
30.04.2025 , 23:31

“Mançester Yunayted”in zədəlisi Amad Diallo sıraya dönüb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlunat yayıb.
Xəbərdə, zədəsi sağalan 22 yaşlı hücumçunun bu gün komanda ilə məşqlərə başladığı bildirilib.
Xatırladaq ki, futbolçu fevral ayından sıradan çıxmışdı.
