“Mançester Yunayted”in yeni transfer hədəfi
12.02.2025 , 11:50

“Mançester Yunayted”in yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Premyer Liqa nəhəngi “Barselona”dan Alexandro Baldeni heyətinə cəlb etmək istəyir.
İngiltərə klubu yayda müdafiə xəttini yayda ispaniyalı sol cinah oyunçusu ilə gücləndirmək fikrindədir.
“Qırmızı şeytanlar” müdafiəçi üçün Kataloniya təmsilçisinə 35 milyon funt-sterlinqlik təklif göndərəcək.
