“Mançester Yunayted”in yeni transfer hədəfi
20.01.2025 , 14:30

“Mançester Yunayted” transfer çalışmalarını davam etdirir.
Korner.az xəbər verir ki, “qırmızı şeytanlar” “Vulverhempton”un müdafiəçisi Rayan Ait-Nurini transfer etməyi planlaşdırır.
Hazırda tərəflər arasında danışıqlar gedir.
Əlcəzair millisinin üzvünün özü də “Mançester Yunayted” forması geyinməkdə maraqlıdır.
23 yaşlı müdafiəçinin klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
