“Mançester Yunayted”in yeni transfer hədəfi
21.06.2024 , 20:26

“Mançester Yunayted” axtardığı hücumçunu İtaliyada tapıb.
Korner.az xəbər verir ki, İngiltərə klubu 23 yaşlı hollandiyalı hücumçu Coşua Zirkzeni heyətinə qatmaq istəyir.
Klub Zirkzenin “Bolonya” ilə müqaviləsindəki 40 milyon avroluq sərbəst qalma istifadə etməyi planlaşdırdığı bildirilib.
“Bolonya” ilə 2026-cı ilə qədər müqaviləsi olan Zirkzee 37 matçda 12 qol vurub, 7 məhsuldar ötürmə edib.
