İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” “Arsenal”ın futbolçusu Aleksis Sançeslə maraqlanır.
Korner.az-ın məlumatına görə, bu haqda İngiltərə mediası xəbər yayıb.
Çilili ulduzun baş məşqçi Arsen Venger ilə münasibətinin yaxşı olmadığı və mövsümün sonunda “Arsenal”dan ayrılmaq istədiyi bildirilir.
İddia edilir ki, əgər “qırmızı-şeytanlar” “Atletiko”nun futbolçusu Antuan Qrizmanı transfer edə bilməsə, o zaman Aleksis Sançes üçün danışıqlara başlayacaq.
