İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” “Tottenhem”in futbolçusu Harri Keyni transfer etmək istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda İngiltərə mediası xəbər yayıb.
İddia edilir ki, əgər Antonyo Qrizmanın transferi reallaşmasa, “qırmızı şeytanlar” Harri Keynin transferi üçün çalışmalara başlayacaq.
Xatırladaq ki, 23 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 21 oyuna 17 qol vurub və 4 məhsuldar ötürmə edib.
