“Mançester Yunayted”in “sükan”ı hollandiyalı baş məşqçi Lui van Qala tapşırılacaq.
Korner.az-ın məlumatına görə, bu barədə Britaniyanın “The Independent” nəşri xəbər verib.
Məlumatda bildirilir ki, hazırda Hollandiya yığmasını çalışdıran Lui van Qal yeni işinə DÇ-2014-dən sonra başlayacaq. Artıq onun köməkçiləri də müəyyənləşib. Hazırda baş məşqçi səlahiyyətlərini icra edən Rayan Qiqqz və Patrik Klayvert məşqçilər korpusunda yer alacaq.
