Dünya Futbolu

“Mançester Yunayted”in yeni baş məşqçisi rəsmən açıqlandı

19.12.2018 , 14:40

İngiltərənin “Mançester Yunayted” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Joze Mourinyonun istefaya göndərilməsindən sonra bu vəzifəyə Norveç futbolunun əfsanəsi Ole-Qunner Şulser təyin edilib.  45 yaşlı çalışdırıcı bu mövsümün sonuna qədər “qırmızı-şeytanlar”ı çalışdıracaq.

Şulser futbolçu kimi “Mançseter Yunayted”də forma geyinib. 11 il Mançester təmsilçisinin formasını geyinən futbolçu 366 oyunda iştirak edib, 126 qol vurub.

Qeyd edək ki, Şulser məşqçi kimi İngiltərədə “Mançester Yunayted”in əvəzedici heyəti və “Kardiff”, Norveçdə isə “Molde” klubunda çalışıb. Norveç klubu onun rəhbərliyi altında 2 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.

Son yazılar

Yuxarı