“Mançester Yunayted”in ulduzu üçün yeni iddia
05.02.2024 , 16:05

“Mançester Yunayted”in kapitanı Bruno Fernandes komandadan ayrılması ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, futbolçunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilməsi iddiası ortaya atılıb.
Portuqaliyalı yarımmüdafiəçi “Əl-Hilal”ın diqqət mərkəzindədir.
Tərəflər arasında yenidən danışıqların olacağı gözlənilir.
