“Mançester Yunayted“in səfər qələbəsi – Video
24.02.2026 , 11:30
İngiltərə Premyer Liqasında 27-ci tur başa çatıb.
Korner.az xəbər verir ki, “Mançester Yunayted” səfərdə “Everton”u 1:0 hesabı ilə məğlub edib.
Matçda qol 71-ci dəqiqədə Şeşko tərəfindən vurulub.
Bu nəticədən sonra “Mançester Yunayted” 48 xalla turnir cədvəlində 4-cü pillədə yer alıb.