“Mançester Yunayted”in baş məşqçi postundan qovulan Devid Moyes Almaniya Bundesliqasından təklif alıb.
Korner.az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, şotlandiyalı mütəxəssis yeni mövsümdən “Bayer” (Leverkuzen) klubunu çalışdıra bilər.
Mövsümün sonuna qədər Leverkuzen təmsilçisini Saşa Levandovski çalışdıracaq. Yayda isə “aspirinlər” yeni baş məqşçisinin adını açıqlayacaq. Həmin mütəxəssisin Moyes olacağı bildirilir.
