İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” Toni Kroos üçün danışıqlar aparamağa hazırlaşır.
Korner.az-ın məlumatına görə, bu haqda “Sporx” xəbər yayıb.
“Qırmızı şeytanlar”ın sabiq futbolçu Pol Skols Toni Kroosun dünyanın ən yaxşı yarımmüdafiəçisi olduğunu deyib: “Karyeramın axırına yaxın onu yaxından izləyirdim və onun kimi oynamağa çalışırdım. O, dünyanın ən yaxşısıdı. Poqba və Ander Herreranın yanında mükəmməl olar”.
