"Mançester Yunayted"in kosavalı futbolçusu Yanuzay maraqlı qərar qəbul edib.
Korner.az-ın məlumatına görə, Belçikada doğulan Kosova əsilli futbolçunun hansı milli komandada oynacağı bəlli olub. Belə ki, 18 yaşlı futbolçu İngiltərə milli komandasının uğru üçün tər tökəcək.
"The Sun" qəzetinin xəbərinə görə, İngiltərə milli komandasının baş məşqçisi Roy Hotqson Adnan Yanuzayın İngiltərə milli komandası ilə birgə Dünya çempionatında çıxış edəcəyini bildirib.