"Mançester Yunayted"in brazilyalı müdafiəçisi Fabio komandadan ayrılmaq qərarına gəlib.
Korner.az-ın məlumatına görə, Fabionun meneceri, Kassiano Pereyra futbolçusunun "Kvins Park Reyncers" komandasına 1 illik icarə əsasında keçəcəyini bildirib.
Qeyd edək ki, müdafiəçi bu mövsüm "qırmızı şeytanlar"ın heyətində çıxdığı 5 matçda, heç nə ilə yadda qalmayıb.
