İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” borcu haqda məlumat yayıb.
Korner.az-ın məlumatına görə, “qırmızı şeytanlar”ın borcu son 3 ayda 75 milyon avro artıb.
Premyer Liqa yayım haqqı və sponsor razılaşmaları kimi bir çox maliyyə mənbəyinin olmasına baxmayaq, klubun borcunun bu qədər artması hər kəsi təəccübləndirib.
İngiltərə təmsiliçisinin prezidenti məsələ ilə bağlı açıqlama verib: “Rəqabətdə ilk kubokumuzu qazanmaq istəyirik. Bu ay kubokun finalında “Southampton”la qarşılaşacağıq. O oyuna köklənmişəm. Klubun maliyyə imkanları çoxdur və güclüdür”.
