“Mançester Yunayted”in futbolçusu Kris Smollinq komandanın son çıxışları haqda danışıb.
Korner.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan futbolçu bunları deyib:
“Biz bacardığımız qədər tez “feyenord” məğlubiyyətini unutmalıyıq. Artıq “Uotford”la oyunumuz olacaq. yaxşı hazırlaşmalıyıq və öz xarakterimizi göstərməliyik. Çünki “Mançester Yunayted”in ardıcıl 3 oyun uduzmağa haqqı yoxdu”.
“Qırmızı şeytanlar” Avropa Liqasının qrup mərhələsinin birinci turunda “Feyenord”a uduzmuşdu (0:1).
