“Mançester Yunayted”in əfsanəsi millimizin baş məşqçisi ola bilər
30.06.2020 , 10:09

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Roy Kin millimizin baş məşqçisi ola bilər.
Korner.az “The Sun”a istinadən xəbər verir ki, AFFA hazırda kanalların birində ekspert kimi çıxış edən irlandiyalı mütəxəssisdən 48 saat ərzində cavab gözləyir.
Bildirilir ki, irlandiyalı mütəxəssisdən Millətlər Liqasında komandamıza rəhbərlik etməyi və növbəti mərhələyə vəsiqə qazanmağı tələb edilib.
