“Mançester Yunayted”dən “Yuventus”a?
11.02.2025 , 21:36

“Mançester Yunayted”in hücumçusu Rasmus Hyöylunn karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az xəbər verir ki, danimarkalı futbolçunu “Yuventus” transfer etmək istəyir.
Premyer Liqa nəhəngi 22 yaşlı forvard üçün qarşı tərəfdən 40 milyon funt-sterlinq tələb edir.
İngiltərə klubu gənc oyunçunu Turin təmsilçisinə satmağa müsbət baxır.
