“Mançester Yunayted”dən yeni transfer
08.04.2020 , 17:29

“Mançester Yunayted” klubu çexiyalı qapıçı Radek Viteki heyətinə qatıb.
Korner.az xəbər verir ki, qolkiper Çexiyanın “Siqma” klubundan transfer olunub. Bu barədə Çexiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə tərəflərin bu transferi hələ qışda razılaşdırdığı diqqətə çatdırılıb.
