“Mançester Yunayted”dən yeni transfer
03.09.2020 , 18:13

“Mançester Yunayted” heyıtinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, “qırmızı şeytanlar” “Ayaks”ın yarımmüdafiəçisi Donni van de Beki transfer edib.
Niderland millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. Klub 23 yaşlı oyunçu üçün 45 milyon avro və bonuslar ödəyəcək.
