“Mançester Yunayted”dən “Sevilya”ya
05.08.2022 , 14:22

“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Əndəlus təmsilçisi “Mançester Yunayted”dən Aleks Tellesi heyətinə qatıb.
Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Braziliyalı müdafiəçi 2022/2023 mövsümünü icarə əsasında “Sevilya”da keçirəcək.
