“Mançester Yunayted” qış transfer dövründə “Qalatasaray”ın futbolçusu Uesli Sneyderi almaq üçün hərəkətə keçəcək.
Korner.az-ın məlumatına görə, “qırmızı şeytanlar”ın baş məşqçisi Devid Moyesin qışdakı ilk hədəfi Sneyderi heyətə qatmaqdı.
Qeyd edək ki, “Mançester Yunayted” yayda da holland futbolçunu transfer etmək istəmiş, amma 6 milyon funt-sterlinqlik təklifi “Qalatasaray” qəbul etməmişdi. Bu dəfə isə “qırmızı şeytanlar”ın qarşı tərəfə Nani+4 milyon funt-sterlinq təklif edəcəyi deyilir.
