İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” klubu keçən mövsüm Bundesliqada çıxış edən “Bavariya” klubunun futbolçusu Tomas Mülleri transfer etmək istəyib.
Korner.az-ın məlumatına görə, alman klubunun prezidenti Uli Honess keçən mövsüm “qırmızı şeytanlar”ın Müller üçün 100 milyon təklif etdiklərini, lakin futbolçunu göndərmək istəmədiklərini bildirib.
Xatırladaq ki, alman futbolçu bu mövsüm Bundesliqada 15 oyuna 1 qol vura bilib.
