İngilitərə Premyer Liqa klublarından olan “Mançester Yunayted” klubunun prezidenti baş məşqçi Joze Mourinyoya yeni müqavilə təklif etmək niyyətindədir.
Korner.az-ın İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, klubun ABŞ-dan olan prezidenti Qlazer portuqaliyalı mütəxəssislə müqavilə müddətini 2025-ci ilə kimi uzatmaq istəyir.
Xatırladaq ki, son zamanlar uğurlu oyun göstərən “Mançester Yunayted” son 8 oyunda məğlub olmayıb və ardıcıl 3 oyun qələbə qazanıb.
