“Mançester Yunayted”dən gedir?
31.07.2024 , 23:52

“Mançester Yunayted”in futbolçusu Skott Maktominey yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, onunla “Qalatasaray”ın maraqlandığı bildirilir.
İddia olunur ki, İstanbul nəhəngi Skott üçün “qırmızı-şeytanlar”la artıq razılığa gəlib.
Türkiyə klubu oyunçu üçün 5,5 milyon avro məbləği ödəməyə hazırdır.
Maktominey 2017-ci ildən “Mançester Yunayted”də çıxış edir.
