"Mançester Yunayted" futbolçusu Anxel di Mariyanı cəzalandırıb.
Korner.az-ın məlumatına görə, buna argentinalı yarımmüdafiəçinin komandanın düşərgəsinə gec qoşulması səbəb olub. Buna görə di Mariya iki həftəlik maaşı verilməyəcək. Bu isə o deməkdir ki, o, 360 min funt sterlinq ala bilməyəcək.
Qeyd edək ki, di Mariyanın PSJ-ə transfer olunacağı iddia edilir.
