“Mançester Yunayted” klubu növbəti transferini gerçəkləşdirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi “Torino”nun müdafiəçisi Matteo Darmianı transfer edib.
25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Ötən mövsüm “Torino”da 47 rəsmi oyuna çıxan italiyalı futbolçu 5 qol vurub və 6 məhsuldar ötürmə verib.
