“Mançester Yunayted”dən “Betis”ə
26.01.2025 , 10:30

“Mançester Yunayted”in futbolçusu Antoni karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Korner.az xəbər verir ki, Premyer Liqa nəhəngi braziliyalı vingeri “Betis”ə icarəyə verib.
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
Braziliya millisinin üzvü mövsümün ikinci yarısını La Liqa klubunun heyətində keçirəcək.
