“Mançester Yunayted”dən ayrılır?
02.04.2025 , 23:36

“Mançester Yunayted”in futbolçusu Kobbi Meynu yeni transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, 19 yaşlı oyunçu karyerasını İtaliyada davam etdirə bilər.
İngiltərəli yarımmüdafiəçinin xidmətində “İnter”in maraqlı olduğu bildirilir.
“Mançester Yunayted” Meynu üçün 50 milyon avro tələb edir.
Tərəflər razılığa gələrsə, transferin baş tutacağı gözlənilir.
