Premyer Liqada çətin günlər yaşayan “Mançester Yunayted” orta sahəsini gücləndirmək üçün transfer etməyi planlaşdırır.
Korner.az-ın məlumatına görə, “Qırmızı Şeytanlar” “Atletiko”nun futbolçusu Kokeni transfer etmək üçün fantastik təklif etməyi planlaşdırır. Müqaviləsində 24 milyon avroya sərbəst qalar maddəsini 60 milyon avroya çıxardan “Atletiko”nun bu addımına Mançester təmsilçisinin razılıq verəcəyi bildirilib.
İngiltərə mətbuatının məlumatına görə, “Mançester Yunayted” Koke üçün istəlinən qiymətdən daha çox pul təklif etməyi planlaşdırır.
