PSJ-nin hücumçusu Edinson Kavaniyə təkliflər gəlməkdə davam edir.
Korner.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, “Atletiko” və “Milan”ın ardından “Mançester Yunayted” klubu da uruqvaylı futbolçu ilə yaxından maraqlanır.
“Qırmızı şeytanlar” 28 yaşlı hücumçu üçün 82 milyon avrosundan keçməyə hazırdır. PSJ hələlik bu təklifə münasibət bildirməkdə tələsmir. Paris təmsilçisi Kavanini daha yüksək məbləğə satmağı planlaşdırır.
