“Mançester Yunayted”də yeni müqavilə
10.03.2020 , 19:52

“Mançester Yunayted”də yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, klub 20 yaşlı oyunçusu Tahit Çonq ilə müqaviləni yeniləyib.
Yeni sözləşmənin müddəti 2022-ci ilin yayına qədərdi.
Çonq Hollandiyanın U-21 millisinin üzvüdü. O, “Mançester Yunayted” akademiyasının yetirməsidi. 20 yaşlı futbolçu əsas komandada 14 oyun keçirib.
